Gəncədə "Mercedes" yanıb

24 Avqust 2020 08:59

Gəncədə minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az