Papua-Yeni Qvineyada 5,5 bal gücündə zəlzələ baş verib

23 Avqust 2020 22:41

Papua-Yeni Qvineya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Kokopo şəhərindən 66 km cənub-şərqdə olub. Təkanların ocağı isə 50 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az