Bu gün Azərbaycanda yoluxanların sayı açıqlandı

23 Avqust 2020 17:08

Azərbaycanda bu gün koronavirus infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Milli.Az-ın verdiyi xəbərə görə, bu barədə Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər Covid-19-dan vəfat edib.

Milli.Az