"Mançester Yunayted"də yeni transfer

23 Avqust 2020 18:44

"Tromsö"nün hücumçusu İsak Hansen-Aaren "Mançester Yunayted"in şərəfini qoruyacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, informasiyanı Norveç klubunun saytı yayıb.

16 yaşlı forvardla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib. Klub "Instagram" hesabında istedadlı futbolçusuna təşəkkür edib və ona uğurlar arzulayıb.

Milli.Az