Ramiz Mehdiyevin nəvəsinin toyunda oxuyan tanınmış müğənni də cərimələndi

23 Avqust 2020 16:01

Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələnib.

Milli.Az xəbər verir ki, həmin məclisdə iştirak edən digər şəxslər polis əməkdaşları tərəfindən İXM-in 211.1-ci maddəsi ilə cərimə ediliblər.

Cərimə edilənlər arasında tanınmış müğənni Azad Şabanov da var. 

Milli.Az