Bruno Fernandes ayın futbolçusu seçildi

23 Avqust 2020 15:02

"Mançester Yunayted"də avqustun ən yaxşı futbolçusu məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, Bruno Fernandesdir. Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Fernandes, avqustda iştirak etdiyi 3 oyunda 2 qolla yadda qalıb.

Milli.Az