Bakıda yollarda sürət həddi endirildi

23 Avqust 2020 10:23

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - hava limanı - Mərdəkan və Zığ-Beton yolu - hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a bildirilib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.

Sürücülərə diqqətli olmaları, yağışlı hava şəraitini nəzərə almaları və sürət həddini aşmamaları tövsiyə edilir.

Milli.Az