Latviyada 800 min insan koronavirusa görə peyvənd olunacaq

22 Avqust 2020 21:58

Latviya hökuməti COVID-19 əleyhinə ilk olaraq peyvəndə cəlb olunacaq şəxsləri müəyyənləşdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin şəxslərin sayı təxminən 800 min nəfər təşkil edir.

İlk növbədə risk qrupuna aid vətəndaşlar − təqaüdçülər, xroniki xəstəliyi olanlar, sosial yardım mərkəzlərinin işçiləri və müştəriləri, habelə tibb işçiləri, operativ xidmət əməkdaşları və yüksək risk şəraitində çalışan digər insanlar peyvəndə cəlb olunacaq.

Ümumdünya Səhiyyə Təşkilatı kollektiv immunitetin yaranması üçün əhalinin 20 faizini peyvəndə cəlb etməyi tövsiyə edir.

Milli.Az