Elmira Süleymanova yeni Ombudsmanın karantin qaydalarını pozmasından danışdı

22 Avqust 2020 20:04

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova Ombudsman Səbinə Əliyevanın karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakından danışıb.

Milli.Az demokrat.az-a istinadən bildirir ki, Elmira Süleymanova qısa açıqlamasında Səbinə Əliyeva haqda bunları deyib:

"Mən bilirəm ki, siz mənə nə üçün zəng etmisiniz. Yeni Ombudsmanımız da həyat yoldaşı ilə gedib o toyda iştirak edib. Bu doğru deyil. Onların bu hərəkətlərinə mən nə deyə bilərəm? Mənim bu barədə danışmağım gülünc olardı".

Milli.Az