Əlini yumaq istəyirdi, gölə yıxılıb boğuldu

22 Avqust 2020 18:36

Bərdədə 58 yaşlı kişi göldə boğulub.

Milli.Az bildirir ki, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Belə ki, rayonun Zümrxan kənd sakini, 1962-ci il təvəllüdlü Səfərov Əlamdar Cəlal oğlu gölün kənarında əl-üzün yumaq istəyərkən gölə yıxılaraq boğulub.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanları cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az