"Suskunlar"ın Sibeli ana oldu

22 Avqust 2020 13:49

"Suskunlar" serialındakı Sibel obrazı ilə məşhurlaşan Özge Sezince Varley ikinci dəfə ana olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladına Aren adını qoyub.

Qeyd edək ki, ingilis mühəndis Adam Varley ilə evli olan aktrisa 1,5 il əvvəl ilk dəfə ana olmuşdu. O, övladına Ela adını qoyub.

Milli.Az