Sabiq deputatın toy edən qudası 15 sutka həbs edildi

22 Avqust 2020 13:25

Abşeron rayon Məhkəməsində karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə Rövşən Mustafayev 211.1-ci maddəsilə 15 gün həbs edilib.

Milli.Az