Azərbaycan millisinə dəvət aldı

22 Avqust 2020 13:19

Yunanıstanın "Atromitos" klubunun formasını geyinən Əmir Ağayev Azərbaycan millisinə dəvət olunub.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, futbolçuya gələn bildirişdə o, 31 avqust - 8 sentyabr arası millimizin toplanışına çağırılıb.

Qeyd edək ki, millimizin yeni baş məşqçisi Canni de Byazinin baş məşqçiliyi altında komandamız Millətlər Liqasında  sentyabrın 5-i Bakıda Lüksemburq, sentyabrın 8-i isə Nikosiyada Kiprlə qarşılaşacaq.

Milli.Az