Bakıda restoranın kassası qarət edildi

22 Avqust 2020 11:19

Bakıda restoranda oğurluq hadisəsi baş verib. Milli.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Naməlum şəxs rayon ərazisində fəaliyyət göstərən restoranlardan birinin kassasından 200 manat oğurlayıb.

Binəqədi raton Polis İdarəsinin 7-ci polis bölməsi əməkjdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Fətəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az