“Fənərbağça” 29 yaşlı yarımmüdafəçisi ilə yollarını ayırıb

22 Avqust 2020 08:18

Türkiyənin "Fənərbağça" futbol klubu yarımmüdafiəçisi Alper Potukla yolları ayırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 29 yaşlı futbolçunun 2022-ci ilin iyununda başa çatmalı olan müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Alper Potuk 2013-cü ildə "Eskişehirspor"dan "Fənərbağça"ya transfer olunub.

Xatırladaq ki, "Qarabağ" qışda A.Potuku transfer etmək istəyib, ancaq maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün bu məsələ reallaşmayıb.

Milli.Az