Bəzi ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Downdetector servisi bildirib.
Ən aktiv şəkildə problemlərin olduğunu Böyük Britaniya, ABŞ, Almaniya və Yaponiyadan bildirirlər.
Məlumata əsasən, istifadəçilərin əksəriyyəti (67%) saytdakı nasazlıq barədə şikayət edir. Digər 22 faizi iPhone və iPad, 10 faizi isə - Android üçün tətbiqetmədələrdə problemlərin olduğunu bildirir.
Milli.Az