Ağsuda dağlıq ərazidə yanğın olub

21 Avqust 2020 23:45

Ağsu rayonunun Ləngəbiz kəndi yaxınlığında dağlıq ərazidə 10 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, digər ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az