Azərbaycan vətəndaşlarının bu ölkəyə daxil olmasına icazə verildi

21 Avqust 2020 21:45

Qırğızıstan ərazisinə Azərbaycan vətəndaşlarının daxil olmasına icazə verdi.

Milli.Az bildirir ki, bu barədə Qırğızıstanın koronavirusla mübarizəyə qarşı qərargahı məlumat yayıb.

Bildirilir ki, indi koronavirus infeksiyasının azaldığı ölkələrin sakinlərinə dövlətin ərazisinə giriş icazəsi verilir. Siyahıda Azərbaycandan başqa, Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Çin də daxil olmaqla 31 dövlət var. (ölkə.az)

Milli.Az