Seyid Abbas Musəvi Azərbaycana gəlib

21 Avqust 2020 20:35

İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Azərbaycana gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.Musəvini Bakıda İran səfirliyinin əməkdaşları və Ali Liderin Bakıdakı nümayəndəsi qarşılayıb.

Qeyd edək ki, A.Musəvi bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü işləyib.

Milli.Az