Lotu Qulinin qətlinə görə saxlanılanlar - FOTO

21 Avqust 2020 20:30

Türkiyədə Lotu Qulini qətlə yetirməkdə ittiham olunan kriminal avtoritetlərin yeni fotoları yayılıb.

Milli.Az axeber.az-a istinadən verdiyi xəbərə görə, 25 yaşlı "Xan Əhmədlinski" (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verdikdən sonra Serik Ədliyyəsinə sövq edilib.

Fotolarda hər iki şübhəlinin "bronejilet" geyindiyi görünür.

Milli.Az