Binəqədi sakini ölümlə 11 gün bacardı

22 Aprel 2010 13:10
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Bayram Əsgərov yaşadığı mənzildə ikinci mərtəbədən yıxılıb. Hadisə aprelin 11-də baş verib. O, mənzilin eyvanında təmir işləri aparan zaman yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən B.Əsgərov ölümdən qurtula bilməyib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. B.Əsgərov hadisədən 11 gün sonar xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az