Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib

21 Avqust 2020 16:58

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Milli.Az bildirir ki, brifinqdə Operativ Qərargahın nümayəndələri - TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Mərkəzi Neftçilər Xəstəxanasınln həkim-infekionisti Fərrux Sədirov, ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov jurnalistləri maraqlandıran suallara cavab verib.

Milli.Az