Günün yuxuyozması
25 Dekabr 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Bataqlıq - əgər yuxuda bataqlıqda gəzirsinizsə, sizi təhlükə gözləyir, bataqlıqdan çıxırsınızsa, işləriniz düzələcək.
Şam - sarı şam - sizi aldadırlar, ağ şam - möhkəm cansağlığı, ərimiş şam - itkilər, yanan şam - kədər, şamı əzmək - yumşaq xasiyyətli həyat yoldaşı, şam almaq - böyük çətinliklərdən qurtarmaq deməkdir.
Turşu - yuxuda turşu içmək narahatlığa işarədir. Qadın üçün belə yuxu o deməkdir ki, o, özünü ehtiyatsız hərəkətlərilə tələyə sala, hətta xəstələnə bilər. Zəhərli turşular - satqınlardan özünüzü qoruyun.
Əczaçı - itkiləriniz olacaq.
Kələm - görmək - uğur, doğramaq - sıxıntı, əkmək - əlverişli şərait, yemək - ağır həyat, yaşıl kələm - sevgidə və ailədə xəyanət, dərmək - özünüzün özünüzə çətinliklər törədəcəyiniz deməkdir.
Milli.Az