Henrik Larsson yenidən "Barselona"da

21 Avqust 2020 21:30

"Barselona"nın yeni baş məşqçisi Ronald Kumanın köməkçiləri məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Henrik Larsson və Alfred Şroyder Kataloniya təmsilçisində məşqçi kimi çalışacaqlar. Onların hər ikisi ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İsveç futbolunun canlı əfsanəsi Henrik Larsson 2004-2006-cı illərdə "Barselona"da çıxış edib. Niderlandlı Şroyder isə son olaraq (2019-2020 mövsümü) Almaniyanın "Hoffenhaym" klubunu çalışdırıb.

Milli.Az