Azərbaycanda gündəlik 10 mindən çox notariat hərəkəti yerinə yetirilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Hüseynov deyib.
Onun sözlərinə görə, son dövrlər "Mobil notariat" proqramına xüsusi maraq var:
"Ötən il istifadəyə verilən "Mobil notariat" tətbiqi vətəndaşlar arasında inam yaratdı. Artıq tətbiq 60 min nəfər tərəfindən yüklənilib. O cümlədən bu proqram vasitəsi ilə indiyədək 20 min notariat hərəkəti yerinə yetirilib".
Milli.Az