"Həyat onu "dost" əli ilə vurdu" - Afaq Aslan Lotu Qulidən yazdı

21 Avqust 2020 13:06

Xəbər verdiyimiz kimi ötən gün kriminal avtoritet "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Antalyada dostu "Xan Əhmədlinski" tərəfindən öldürüldü.

Milli.Az big.az-a xəbər verir ki, müğənni Afaq Aslan dostu Lotu Quli haqqında İnstaqram hesabında yazıb.

O, Qulinin fotosunu paylaşaraq: "Çox insana qardaş və dost oldu. Kimilərin əlindən tutdu.

Amma həyat onu "dost" əli ilə zalımcasına vurdu...Allah rəhmət eləsin. Bilənlər bilir onun ürəyini, Allah günahlarını bağışlasın" sözlərini yazıb.

Milli.Az