“Azərbaycanlılara qarşı işimiz çətin olacaq" - "Laçi"nin baş məşqçisi

21 Avqust 2020 15:07

Komandamın birinci hissədəki çıxışından razı qaldım. Ancaq şansları dəyərləndirə bilmədik.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Keşlə"nin Avropa Liqasının 1-i təsnifat mərhələsindəki rəqibi "Laçi"nin baş məşqçisi Armando Kunqu "Apoloniya" ilə keçirilən yoxlama görüşündən sonra deyib.

Albaniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "Panorama" nəşrinə açıqlamasında qısaca olaraq "Keşlə" ilə keçiriləcək oyundan da danışıb: "Bilirik ki, azərbaycanlılara qarşı işimiz çətin olacaq. Amma oyunumuzu emosional yüklər olmadan keçirəcəyik".

Xatırladaq ki, avqustun 27-də "Ask Arena"da "Keşlə" - "Laçi" oyunu saat 21:00-da başlayacaq.

Milli.Az