Azərbaycanlı müğənni özünə dəbdəbəli ad günü keçirdi - VİDEO

21 Avqust 2020 12:33

Müğənni Nüşabə Musayeva məşhur restoranların brində özünə ad günü şənliyi təşkil edib.

Milli.Az bildirir ki, oxu.az-ın məlumatına görə, şənlikdə onun dostları və yaxınları iştirak edib. 

Bununla bağlı N.Musayeva "Instagram" səhifəsində paylaşım edərək, ad günündə yanında olan dostlarına təşəkkürünü bildirib.

Ad günündəki maraqlı görüntülərdən biri də arxa fondakı bəy gəlinin rəqsi olub.

Qeyd edək ki, hazırda Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

Milli.Az