Mosvada yaşayan müğənni Rəqsanə İsmayılova artıq çəkisindən şikayətlənib.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, müğənni yeni fotosunu ''İnstagram'' hesabında izləyiciləri ilə bölüşüb. O, karantin müddətində kökəldiyini bildirib.
"Karantin məni də kökəltdi. Bu arada çəkimi gizlədə bilmirəm. Nə qədər pəhriz saxlamaq olar? Əlimə nə keçdi yeyirəm, dünyanın nazı-nemətinə nə qədər gözucu baxım! Yeni il gələnə qədər pəhriz yoxdur. İnşallah, yeni ildən hər şeyə başlayacam", - o qeyd edib.
Milli.Az