Smartfonlar üçün “Chrome” brauzeri istifadəçilərin şifrlərini özü yoxlamağa başlayıb

22 Avqust 2020 08:51

Smartfonlar üçün "Chrome" brauzeri, daha dəqiq onun "Canary" versiyası istifadəçilərin şifrlərini təhlükəsizlik baxımından yoxlamağa başlayıb. Proqram şifrləri internetə sızmış məlumat bazalarında axtaracaq.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, brauzerin sazlamalarında yeni "Bulk password check" seçimi əlçatan olub. Bu seçimi aktivləşdirdikdə "Chrome" brauzeri bütün saxlanmış parolları yoxlaya biləcək. Brauzer bəzi şifrlərə müdaxilə edildiyini aşkar etdikdə bu haqda xəbərdarlıq edəcək.
 
Əgər yeni funksiyanı yoxlamaq istəyirsinizsə, onda "Play Store"dən "Google Chrome Canary"nin son versiyasını yükləmək lazımdır.

Milli.Az