Google Maps daha detallı olacaq

22 Avqust 2020 07:31

"Google maps" xəritələri üzərində dəyişikliklər etməyə hazırlaşır. Bu dəyişikliyin 220 ölkə ərazisində tətbiq olunacaqı gözlənilir. Bildiyiniz kimi Google xəritələri, peykdən alınan görüntülər əsasında formalaşır. Milli.Az techland.az-a istinadən bildirir ki, hazırda tətbiq ediləcək dəyişiklikər "rəng nümayişinin üçün yeni  alqoritmik texnikası" adlanır. Onun sayəsində xəritələrin dizaynı bir qədər yenilənəcək. 

Bunun yekun nəticəsi olaraq təbiətin xüsusiyyətləri arasındaki fərqləri, məsələn qarlı zirvələr və sıx meşələr, yaşıl sahələr və qumlu çimərliklərin təbii xüsusiyyətlərinin fərqlərini görə biləcəyik. Aşağıdakı müqaisəli şəkillər yeni rəng xəritəçəkmə texnikasının nəyə qadir olduğu haqqında fikir yaradır.

Milli.Az