Braziliyada koronavirusa yoluxanların sayı 3,5 milyonu keçib

21 Avqust 2020 08:52

Braziliyada sutkada koronavirusa yoluxma hallarının sayı 45 323 nəfər artaraq 3 501 975-ə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, yoluxanların dörddə üçü (2 653 975) sağalıb, daha 736 264 xəstə həkimlərin nəzarəti altındadır.

Gün ərzində ölənlərin sayı 1 204 nəfər artaraq 112 304-ə çatıb.

Milli.Az