ABŞ Belarus hakimiyyətini cəmiyyətlə, həmçinin müxalifətin yaratdığı koordinasiya şurası ilə dialoqa çağırıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamada deyilir.
"Belarus hökumətini cəmiyyətlə, o cümlədən bu yaxınlarda yaradılan milli koordinasiya şurasının köməyi ilə fəal şəkildə dialoqa çağırırıq. Bu dialoq Belarusun gələcəyi və onun uğurları naminə xalqın tələblərini əks etdirməlidir", - deyə açıqlamada qeyd olunub.
Milli.Az