Tovuzda iki minik maşını toqquşub, xəsarət alanlar var

20 Avqust 2020 20:31

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətə olan "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin durumu ağır, digərinki orta-ağırdır.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az