İlhamə Quliyeva hesabat verəcək

22 Aprel 2010 12:51
Müğənni 45 illk yaradıcılığı ərəfəsində böyük konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Bu konsertlərdən biri paytaxt Bakıda, digəri isə İstanbulda, onun adını daşıyan Mədəniyyət Mərkəzinin xətti ilə təşkil ediləcək. Müğənninin Milli.az portalına bildirdiyinə görə, əslində konsert bundan əvvəl də baş tuta ilərdi:

"Lakin anamın səhhətindəki narahtlıq, onun dünyasını dəyişməsi əl-qolumu bağladı. Mərkəz yaradılan ərəfədə belə qənaətə gəldim ki, fikirlərdən başım ayılsın və konsert barəsində də düşünüm. Qeyd edim ki, İstanbulda nəzərdə tutulan konsertimdə məni Türkiyənin böyük heyətdən ibarət orkestri müşayiət edəcək. Biz onlara mənim mahnılarımın notunu göndərəcik və konsertə kimi məşq edəcəklər. Növbəti məşq prosesi mənim iştirakımla olacaq".

İlhamə xanım burada və qonşu ölkədə nəzərdə tutula konsertlərin tarixinin tezliklə bəlli olacağını bildirdi.

Xədicə
Milli.Az