Epic Games-in ən məşhur oyunlarından Fortnite Apple-ın platforması App Store-də olduğuna görə, şirkətə 30%-lik komissiya haqqı ödəməli idi.
Milli.Az facemark.az-a istinadən bildirir ki, bir neçə dəfə App Store-un istifadəçi qaydalarını pozduğuna görə avqustun 13-də platformadan uzaqlaşdırılıb.
Fortnite belə bir qərara səssiz qalmayıb və reaksiyasını fərqli bir yolla bildirib.
Belə ki, şirkət məşhur brendin böyük əks-səda doğuran və Corc Oruelin distopik romanı "1984"dan ilhamlanan reklamına işarə vurub. Sosial mediada "Nineteen Eighty-Fortnite" adlı filmində adlı çarx #freefortnite həştəqi ilə Fortnite sevənlərin dəstəyini alıb.
"Apple"ın reklamını yenidən canlandıran Fortnite qərarın haqsız olduğundan gileylənib.
Milli.Az