Afaq Aslan “Lotu Quli”nin qətlindən danışdı

20 Avqust 2020 14:26

İfaçı Afaq Aslan Antalyada dostu Xan Əhmədlinski tərəfindən güllələnərək qətlə yetirilən kriminal avtoritet "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun ölümünə münasibət bildirib.

Afaq Aslan teleqraf.com-a açıqlamasında qısaca bu sözləri deyib: "Allah rəhmət eləsin. Hər birimizə ağırdır".

Qeyd edək ki, kriminal avtoritet Nadir Səlifov ilə müğənni Afaq Aslanın sevgili olduğu iddia edilmişdi.

Afaq Aslanın İnstaqram-da izləyici sırasında yeganə olaraq Nadir Səlifov var idi.

Milli.Az