"Qalatasaray"ın keçmiş futbolçusu "Fənərbağça"da

20 Avqust 2020 15:36

"Fənərbağça" heyətinə yeni futbolçu qatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Galatasaray"ın sabiq futbolçusu Sinan Gümüşü transfer edib.

Türkiyə millisinin üzvü 3+1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, 2014-2019-cu illərdə "Qalatasaray"ın formasını geyinmiş Sinan Gümüş ötən yay İtaliyanın "Genoa" klubuna keçsə də, qış fasiləsində "Antalyaspor"a icarəyə verilib.

Milli.Az