Kamran Əliyevdən daha bir təyinat

20 Avqust 2020 11:51

Bakı şəhərinə yeni hərbi prokuror təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Qarabağ hərbi prokuroru Şükürov Fərid Əli oğlu tutduğu vəzifədən azad edilərək Bakı şəhər hərbi prokuroru təyin edilib.

Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən təstiqləyiblər.

Milli.Az