"Muğan Bank" investisiya şirkəti yaradıb

20 Avqust 2020 11:07

"Muğan Bank" investisiya şirkəti yaradıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "MFX-Trading İnvestisiya Şirkəti" ASC-ni dövlət qeydiyyatına alıb.

Yeni maliyyə qurumu "Muğan Bank" ASC-nin Veraj" şöbəsinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox - 500 min manat, qanuni təmsilçisi isə Zahir Dünyamalı oğlu Abdullayevdir.

Xatırladaq ki, "Muğan Bank" bir qədər əvvəl lizinq şirkəti də yaratmışdı. "Muğan Lizinq" MMC də sözügedən ünvanda qeydiyyata alınmışdı.

Milli.Az