Gəncədə qadın dərmandan zəhərlənib

20 Avqust 2020 08:22

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü İlkanə Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, İ.Həsənova sakitləşdirici dərmandan zəhərlənib.

Milli.Az