Yevlaxda özünü Kür çayına atan şəxs xilas edildi

20 Avqust 2020 08:13

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax şəhəri ərazsində 1 nəfərin özünü Kür çayına atması barədə məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az