"Qarabağ"ın növbəti rəqibi məlum oldu

20 Avqust 2020 00:00

Azərbaycanın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Qarabağ"ın rəqibi Moldovanın "Şerif" klubu və Lüksemburqun "Fola" klubu arasında keçirilən qarşılaşmadan sonra bəlli olub.

"Şerif" rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb. Bununla da II təsnifat mərhələsinə vəsiqə qazanan Moldova klubu "Qarabağ"ın rəqibi olub.

Xatırladaq ki, ötən gün "Qarabağ" I təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 hesabı ilə məğlub edib.

Milli.Az