Yaşayış binasında yanğın olub

19 Avqust 2020 22:40

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m sahədə və su qızdırıcısı qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az