Rianna konserti təcili yardımla tərk etdi
22 Aprel 2010 12:43
Avropa mətbuatının yazdığına görə, Sürixdəki konserti zamanı birdən-birə özünü pis hiss edən Rianna dərhal təcili yardımla xəstəxanaya aparılıb. Sonradan verilən məlumata görə, ifaçı qabırğasını zədələdiyi üçün konserti başa vura bilməyib. Onun qabırğasını hansı şəraitdə zədələdiyi açıqlanmır.
Hazırda 21 yaşlı ulduzun özünü yaxşı hiss etdiyi bildirilir.
Milli.Az