Trump TikTok-un satın alınmasını təsdiqlədi

20 Avqust 2020 22:40

ABŞ prezidenti Donald Trump texnologiya nəhəngi Oracle şirkətinin TikTok-un ABŞ əməliyyatlarını öz üzərinə götürməsi ilə bağlı açıqlamalar verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Trump Oracle şirkətinin uğurlu işə imza atacağını qeyd edib.

Bu açıqlama Oracle-ın Çin tətbiqinin Şimali Amerika, Yeni Zelandiya və Avstraliyada hüquqlarını tələb etdiyini bildirdikdən sonra gəldi. Microsoft-dan sonra dünyada ikinci ən böyük proqram şirkəti olan Oracle TikTok tətbiqinin hüquqlarını əldə etmək üçün səy göstərirdi.

Qeyd edək ki, Oracle şirkəti Trump-ın çox güclü dəstəkçilərindəndir.

Milli.Az