"Netflix"də yayımlanan "Qəribə işlər" serialındakı obrazı ilə məşhurlaşan 17 yaşlı aktyor Qeyten Matarasso maddi sıxıntı yaşayır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, pandemiyaya görə ekran işinin növbəti mövsüm çəkilişləri təxirə salınıb.
Pulsuz qalan Qreyten özünə yeni iş tapıb. O, restoranlardan birində ofisiant kimi işə düzəlib. Maskadan istifadə etmək aktyorun simasını müştərilərdən gizlətməsinə kömək olmayıb.
Milyonlarla insanın izlədiyi ekran işindən yüzlərlə fotosu İnstaqramda yayılan Matarassonun ofisiant işləməsi xəbəri qısa vaxtda bütün ingilis mediasında yayımlanıb.
Milli.Az