Huawei-ə görə bir neçə şirkət ABŞ-ın qara siyahısına düşdü

20 Avqust 2020 22:45

Amerika Birləşmiş Ştatları Huawei-in ABŞ texnologiyasına əlçatanlığını minimuma endirmək üçün qadağaların sayını artırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni qadağalarla Huawei-in tabeliyindəki 38 kiçik şirkət də qara siyahıya salınıb. Həmin şirkətlərin 21 ölkədə fəaliyyət göstərdiyi bildirilib. Bu qadağalarla Huawei-in ABŞ texnologiyasından yararlanmaqla inkişafının qarşısının alınacağı qeyd olunub.

ABŞ xarici işlər naziri Mike Pompeo isə Huawei-i Çin Kommunist Partiyasının bir qolu kimi gördüklərini, bunu diqqətdə saxlayaraq hərəkət etdiklərini söyləyib. Qeyd edib ki, ABŞ beynəlxalq təhlükəsizliyini təmin etmək üçün şirkətə məhdudiyyətlər qoymaqda davam edəcək.

Milli.Az