TikTok öz istifadəçiləri ilə həm də Tvitter vasitəsilə əlaqə quracaq

20 Avqust 2020 19:45

Son zamanlar TikTok ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

ABŞ prezidenti Donald Trump qərar verərək, bu ölkədə TikTok platformasını qadağan etdi. Lakin sonradan məşhur platforma Microsoft-a satıldı. Bundan sonra platforma tərəfindən atılan ilk addım yeni əlaqə resursları formalaşdırmaq oldu.

Milli.Az ted.az-a istinadən bildirir ki, şayiələri real vaxt rejimində idarə etmək üçün TikTok veb-sayt və Tvitter hesabı açdı.

Veb-saytı nəzərdən keçirmək istəyənlər üçün linki buraya qeyd edirik.

Yeni açılan Tvitter hesabını isə buradan izləyə bilərsiniz.

Milli.Az