Səfərbərlik xidmətindən Faiq Ağayevə ZƏNG EDİLDİ - VİDEO

19 Avqust 2020 18:54

Azərbaycanın Xalq artisti Faiq Ağayevin könüllü olaraq orduya yazılması təsdiqlənib.

Milli.Az xəbər verir ki, bu barədə xalq artisti "Facebook" səhifəsində məlumat verib.

"Səfərbərlik xidmətindən zəng gəldi, məlumatlarımı dəqiqləşdirdilər. Proses tamamlandı", - deyə sənətçi bildirib. (publika.az)

Milli.Az